Dünyanın siyasi xəritəsini çəkən böyük kəşfiyyat xidmətləri arasında ABŞ, Rus və İsrail kəşfiyyatının adı hər zaman ön sıralarda hallanır. Avropanın bir nömrəli “şpion”ları isə ingilislərdir.
Yəqin heç kim etiraz etməz ki, qitədə və dolayısıyla bütün dünyada böyük planları pozan və ya yenidən yazan ən güclü məxfi xidmət İngiltərəyə məxsus olub. Adicə Ceyms Bond fenomeni nəyə desən dəyər.
Yəqin ki, “MI 5” (Military Intelligence, Section 5) kəfiyyat idarəsinin namını eşitməyən az adam var. Amma mən sizi “Kingsman” məxfi xidməti ilə tanış etmək istəyirəm. Bəli, hazırda bütün kinoteatrlarda nümayişdə olan və modern ingils kəşfiyyat xidmətini reklam edən filmdən söhbət gedir.
Əvvəlcə ondan başlayım ki, çəkiliş, effektlər möhtəşəmdir. Bir söz var “ Ala, kişilər bu işi bacarır da...” - bax, bu ifadəni işlətməyin yeridir. Ortaya böyük pul və əmək qoyulur, film ərsəyə gətirilir və 10 qat böyük pullar qazanılır. Bu öz yerində.
Mən həmişə inanmışam ki, bu tipli kəəşfiyyat fəalliyyətlərindən bəhs edən filmlərdə istifadə olunan elementlər, alət və avadanlıqlar, texnoloji sistmelər hazırda mövcuddur. “Həlledilməz məsələ” (“Mission Impossible”) seriyasından olan filmlərdəki haqq-hesablar yəqin ki, yadınızdadır. Onların yeni ixtiralar kimi həyatımıza girdiyi, bununla bağlı dəfələrlə izlədiyimiz xəbərlər də danılmaz faktdır. Məsələn, “Google”ın eynəklərinə (eyni mahiyyətli, eyni tipli) 90-cı illərin filmlərində belə rast gəlmək mümkündür. Və s.
Bu qəbildən “Kingsman”dəki bəzi elementləri diqqətinizə çatdırım. Gülləkeçirməyən kostyumlar, çətirlər, qumbara alıqşanlar, zəhərli qələmlər, iflic edən üzüklər, informasiya ötürən içkilər. Amma mənim diqqətimi başqa məqam çəkdi. Ağıllı telefonların inanılmaz potensialı.
Əlimizdən yerə qoymadığımz həmin “üstü sürüşkən” tabletlər ölüm aparatı kimi istifadə olunur. Xüsusi simkartlarla telefona göndərilən siqnallar vasitəislə insanlarda öldürmək istəyi yaranır və o özünü idarə edə bilmir. Yalnız öldürmək istəyir. Vay o günə ki, həmin sistem də günümüzn reallığına çevrilsin. Sözsüz ki, bu vaxta qədər çevrilməyibsə.
Bu elə dəhşətli bir virusdur ki, ondan qorunmağın yolları da ölümcül ola bilər. Filmdə göstərilir ki, hətta ABŞ prezidenti Barak Obamanın özü belə bu təhlükədən sığortalanmayıb.
Yeri gəlmişkən filmlərdə sıx rast gəlinən Amerika-İngiltərə sürtüşməsi bu dəfə də aktuallaığını saxlayıb. İngilislər hər zaman Vaşinqtonun başına ağıl qoyur, Amerika isə öz bildiyini oxuyur və özünü “ən ağıllı” hesab edir.
Britaniya hökuməti Vaşinqtonun Avropadakı görən gözü, eşidən qulağı, danışan dili olsa da, onların arasındakı şirin rəqəbət bir çox filmlərdə öz əksini tapıb. Hətta məncə, bunun ən bariz nümunələrindən biri “Cəsur ürək” filmidir.
Bir də tendensiyaya çevrilmiş heyvan sevgisinin insan sevgisini ustələməsi məsələsi, heç açmadı məni. Ən həlledici məqamda iti öldürməkdən imtina edən qəhrəman bir göz qırpımında 100-dən çox adamı məhv edir, heç “uf” da demir. (Bu haqda daha ətraflı yazacam)
Sözün qısası. Gün boyu toplanan iş stressini atmaq istəyirsinizsə ilk fürsətdə “Kingsman: Məxfi xidmət” filmini izləyin.2 saat boyunca dincələcəksiz.
Son xəbərlər
Son Xəbərlər