Bu gün Modern.az saytının ad günüdür.
“Qafqazinfo” xəbər verir ki, Modern.az saytının yaranmasından15 il ötür.
2009-cu ilin sentyabrın 1-də fəaliyyətə başlayan sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxuculara operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir.
Həmkarlarımızı təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.