Modriçdən etiraf - “Sabaha qədər…”

modricden-etiraf
Oxunma sayı: 2360

Xorvatiya millisinin kapitanı Luka Modriç Danimarkaya qarşı keçirdikləri oyunun son dəqiqələrində yerinə yetirə bilmədiyi penaltidən danışıb.

“Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu matçdan bir gün əvvəl sabaha qədər rəqib qapıçı Peter Şmeyxelə vuracağı 11 metrlik cərimə zərbəsini düşündüyünü bildirib:

“Penaltini yerinə yetirə bilməmək çox ağır oldu. Çünki matçdan öncəki gün penalti olarsa, Şmeyxeli necə məyus edəcəyimi düşünmüşdüm”.