Möhkəmlənən mövqeyin nümayişi

mohkemlenen-movqeyin-numayisi
Oxunma sayı: 1396

“11 aprel 2018-ci il növbədənkənar prezident seçkilərindən 5 il keçir. Ölkəmizin həyatında əlamətdar olan hər bir hadisə daim keçilən yolun təhlili fonunda qarşıdakı dövrün hədəflərinə diqqət yetirməyi bir tələbə çevirir. Seçkilərin növbədənkənar keçirilməsi özündə bütün məqamları, çağırışları ehtiva edib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat vurğulayıb ki, 2003-cü ildə Heydər Əliyev siyasətinin davamına səs verən Azərbaycan xalqı qazanılan uğurların fonunda seçimində yanılmadığını bildirir: “Azərbaycan iqtisadi, siyasi, humanitar, diplomatik, xarici siyasət sahəsində davamlı uğurları ilə diqqətdə oldu. İlham Əliyev iqtisadi tərəqqini ilk gündən bütün inkişafın əsası kimi dəyərləndirdi və belə bir çağırışı etdi ki, “Neft kapitalını insan kapitalına çevirək!”

Regionların malik olduğu potensialdan səmərəli istifadə edərək qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün Regional inkişaf proqramları təsdiqləndi və uğurla icra edilir”.

M. Həsənov bildirib ki, qeyri-neft sektorunun inkişafına geniş imkanlar yaradan enerji diplomatiyamız da dünyanın diqqətindədir.

Azərbaycanın son 5 ildə qazandığı uğurları bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirən millət vəkili qeyd edib ki, 2018-ci ilin prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirdi: “Azərbaycan xalqı görülən işlərə səs verdi. Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir”.