İran Prezidenti İbrahim Rəisinin həlak olması rəsmi mənbələrdə təsdiqlənib.
“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, İranın vitse-prezidenti Möhsün Mənsuri dövlət başçısının helikopter qəzasında öldüyünü təsdiqləyib.
Xatırladaq ki, bu gün səhər saatlarında Mehr Agentliyi Prezident və bir neçə məmurun helikopter qəzasında həlak olduğunu açıqlamışdı.