Möhtəşəm derbi başladı -2-1+Fotolar

mohtesem-derbi-basladi-2-1fotolar
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, hazırda lider “Qalatasaray” öz meydanında “Fənərbaxça”nı qəbul edir. Sayca 373–cü oyunlarına çıxan klubların hər ikisi qələbəyə iddialı olsa da, artıq “Qalatasaray” ilk qolunu vurub. Hesabı fənərli Bekir İrtegün açsa da, o, qolu öz qapısından keçirib.

Fənərbağça 23-cü dəqiqədə Hasan Alinin qolu ilə hesabı bərabərləşdirir.

Artıq Qalatasaray doğma meydanda ikinci qolu da hesabına yazdırır. Selçuk İnan 36-cı dəqiqədə komandasını sevindirir.

Derbi Qalatasarayın qələbəsi ilə bitdi.

Qeyd edək ki, əzəli və əbədi rəqabətin başlanğıcı 1909–cu il yanvarın 17-ə təsadüf edir. Həmin vaxt ilk derbidə 2-0 hesabı ilə “Qalatasaray” qələbə qazanıb. O vaxtdan bəri 372 dəfə qarşılaşan tərəflərdən ən çox “Fənərbaxça” qələbəni bayram edib. Belə ki, “Fənər” 141 dəfə qalib gəlibsə,”Qalatasaray” 118 dəfə qələbə sevinci yaşayıb. 113 oyun isə heç-heçə başa çatıb. Qolların fərqində də “Fənərbaxça” öndədir, 521 dəfə “Qalatasaray”ın qapısına yol tapan “Fənər” bunun əvəzində qapısından 473 qol buraxıb. Derbidə ən böyük hesablı qələbə isə “Cim- Bom”a məxsusdur. 1911-ci il fevralın 12-də, “Qalatasaray” rəqibinin meydanında 7-0 hesabı ilə qalib gəlib.