Möhtəşəm derbiyə bir gün qaldı

mohtesem-derbiye-bir-gun-qaldi
Oxunma sayı: 1213


“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” öz meydanında əzəli rəqib “Fənərbaxça”nı qəbul edəcək. Barışmaz cütlük 379-cu oyununa çıxacaq. 1909-cu ildən etibarən əsası qoyulan bu mübarizənin 1 əsrdən çox yaşı var. 378 görüşdən 144-ü “Fənərbaxça”nın qalibiyyəti ilə başa çatıb. “Qalatasaray” 121 oyunda qələbə sevinci yaşayıb. 113 matç isə bərabərliklə yekunlaşıb.

 Türkiyə Super Liqasının ilk dövrəsində keçirilən derbidə Fənərbaxça” 2-0 hesablı qələbə əldə edib. Oyun aprelin 6-da “Türk Telekom Arena” stadionunda Bakı vaxtı ilə saat 21:00 da başlayacaq.

 

İqbal