“Qafqazinfo” xəbər verir ki, “Roma” öz meydanında “ÇSKA”-nı 5-1 hesabı ilə darmadağın edib. Görüşün 6-cı dəqiqəsində Xuan Manuel İturbe hesabı açıb. 10-cu dəqiqədə Jervinyo komandasının üstünlüyünü 2 topa çatdırıb. 10 dəqiqə sonra adı soz zamanlarda millidəki komanda yoldaşı Eliasla seks skandalında hallanan Maykon da adını qol vuran futbolçular sırasına daxil edib. 31-ci dəqiqədə hesabı artırmaq sırası yenidən Jervinyoda olub. 50-ci dəqiqəyə kimi rəqib qapısına qol vura bilməyən Rusiya təmsilçisi Serqey İqnaşeyviçlə topu öz qapılarından keçirib. Yalnız görüşün sonlarına yaxın “ÇSKA” buraxılan qollardan birinin əvəzini Əhməd Musa ilə çıxa bilib. Beləliklə, qrup mərhələsinə 5-1 hesablı qələbə ilə start verən “Roma” “Bavariya” və “Mançester Siti”nin yer aldığı “ölüm qrupu”nda hələlik ilk sırada qərarlaşıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər