Möhtəşəm Rio karnavalından - Fotolar

mohtesem-rio-karnavalindan
Oxunma sayı: 3866

Dünyanın ən rəngli festivallarından olan Rio karnavalı fevralın 20-də start götürüb.

“Qafqazinfo” xəbər verir ki, Braziliyanın Rio de Janeyro şəhərində başlayan tədbir sabahadək davam edəcək. Ənənəvi olaraq Rioda samba paradına xüsusi önəm veriləcək.

Karnavalda 500 küçə festivalı təşkil olunub. 900 mindən çox turistin iştirak edəcəyi gözlənilir.

Yekun rəqəmlər şənlik bitdikdən sonra açıqlanacaq.