Moizin qətlinə görə saxlanılanların sayı artdı

moizin-qetline-gore-saxlanilanlarin-sayi-artdi
Oxunma sayı: 1614

Haiti Prezidenti Jovenel Moizin qətli ilə əlaqədar saxlanıların sayı 26-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Haiti milli polisinin rəhbəri Leon Şarl feysbuk səhifəsində yazıb. O bildirib ki, saxlanılanlar arasında polis əməkdaşları da var.

Xatırladaq ki, Moiz iyulun 7-də sui-qəsd nəticəsində öldürülüb. Onun həyat yoldaşı Martin Moiz isə yaralanıb. Hazırda o Mayamidə xəstəxanaların birində müalicə alır.