Moizin qətlinin Kolumbiyadakı sifarişçisi açıqlandı

moizin-qetlinin-kolumbiyadaki-sifariscisi-aciqlandi
Oxunma sayı: 2566

“Haiti prezidentinin qətlinin izi Kolumbiyaya gətirib çıxarır”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Kolumbiya polisinin rəisi Xorxe Luis Varqas deyib. O bildirib ki, onların əlində Haiti Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı Jozef-Feliks Badyö ilə kolumbiyalı muzdlu əsgərlər Herman Rivera və Duberney Kapadorla danışıqları barədə məlumat var.

“Badyö Rivera və Kapadora bildirib ki, onlar Haiti prezidentini öldürməlidirlər”, - deyə Varqas qeyd edib.

Qeyd edək ki, Badyö barəsində axtarış elan olunub. Onu indiyədək tapmaq mümkün olmayıb.

Xatırladaq ki, Jovenel Moiz iyulun 7-də qətlə yetirilib. Sui-qəsdlə bağlı 23 nəfər saxlanılıb. Onlardan 18-i kolumbiyalıdır.