Haiti prezidenti Jovenel Moizi qətlə yetirməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, onlardan 17-si kolumbiyalı, 2-si haitiəsilli amerikalıdır. ABŞ vətəndaşları olan Ceyms Solaj və Jozef Vensan sui-qəsdin təşkilatçısının “Mayk” ləqəbli əcnəbi olduğunu bildiriblər. Ancaq onunla bağlı ətraflı məlumat verməyiblər.
Xatırladaq ki, Moiz və həyat yoldaşı iyulun 7-də prezident iqamətgahına hücum nəticəsində öldürülüblər.
Son xəbərlər
Son Xəbərlər