Moldova hava məkanını yenidən açdı - Yenilənib

moldova-hava-mekanini-yeniden-acdi
Oxunma sayı: 2544

Moldova hökuməti müvəqqəti olaraq ölkənin hava məkanını bağlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Air Moldova” aviaşirkəti açıqlayıb.

“Hazırda Moldovanın hava məkanı bağlıdır, reyslərin bərpa edilməsini gözləyirik”, - deyə məlumatda vurğulanıb. 

Qeyd olunur ki, Moldova mediasının daha əvvəl yaydığı məlumata görə, aviaşirkətlərə respublikanın hava məkanında kəşfiyyat xarakterli uçan obyektin aşkar edilməsi ilə bağlı xəbərdarlıq edilib.

***

Mülki Aviasiya idarəsinin məlumatına görə, Moldova 3 saatdan bir qədər artıq müddətdən sonra öz hava məkanını yenidən açıb.