Moldova hökuməti Baş Nazir Mayya Sandunun rəhbərliyi altında istefaya göndərilib.
“Qafqazinfo”nun xəbərinə görə, parlamentin iclasında Sosialistlər və Demokrat Partiyasından 63 deputat bunun lehinə səs verib. ACUM blokundan olan deputatlar əleyhinə səs veriblər, qalanları bitərəf qalıblar.
Qeyd edək ki, M. Sandunun rəhbərliyi ilə hökumət bu ilin iyun ayında erkən parlament seçkilərinin nəticələrindən sonra yaradılıb.