Moldova prezidenti Bakıya gəlir

moldova-prezidenti-bakiya-gelir
Oxunma sayı: 884

Moldova Prezidenti İqor Dodon mart ayında Bakıya gələcək.

“Qafqazinfo” xəbər verir ki, o, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.  
 
VII Qlobal Bakı Forumunda 70-dən çox ölkə təmsil olunacaq. Tədbirdə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi və ictimai xadimlər, tanınmış mediya nümayəndələrinin də iştirakı gözlənilir.