Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşı “persona non qrata” elan edilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin sözçüsü Filip Kojokaru açıqlama verib.
“Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşının ölkəmiz ərazisində “persona non qrata” elan edilməsi qərara alındı”, - o bildirib.
Filip Kojokaru daha iki rus diplomatına hava limanına xüsusi girişin qadağan edildiyini qeyd edib.
Son xəbərlər
Son Xəbərlər