Moldovada korrupsiya işiylə bağlı 12 nəfər saxlanıldı - 3-ü merdir

moldovada-korrupsiya-isiyle-bagli-12-nefer-saxlanildi
Oxunma sayı: 626

Xəbər verdiyimiz kimi, Moldovanın Korrupsiya ilə Mübarizə Mərkəzinin əməkdaşları və Antikorrupsiya prokurorluğunun zabitləri hökumət və digər dövlət müəssisələrində axtarışa başlayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, korrupsiya işi ilə əlaqədar 72 saat ərzində 12 nəfər saxlanılıb. Onların arasında 3 mer, 4 gimnaziya direktoru və 5 şirkət rəhbəri var.