Moldovadakı Azərbaycan icması ilə görüş keçirilib - Fotolar

moldovadaki-azerbaycan-icmasi-ile-gorus-kecirilib
Oxunma sayı: 1195

Moldovanın paytaxtı Kişineu şəhərində bu ölkədəki Azərbaycan icması ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Moldovadakı Səfirliyinin nümayəndələri, Moldovadakı Azərbaycan icmasının üzvləri və ölkəmizə dost münasibəti bəsləyən diasporların təmsilçiləri iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 28 May – Müstəqillik Günündə belə bir görüşün keçirilməsinin rəmzi məna daşıdığını, artıq bütün dünyada azərbaycanlıların bir yumruq kimi birləşdiyini qeyd edib, komitənin gördüyü işlərdən danışıb, diqqəti Azərbaycan icmalarının birlik mexanizmlərinə, Koordinasiya Şuraları və Azərbaycan Evlərinin çoxşaxəli fəaliyyətinə cəlb edib.

Komitə sədri xaricdə yaşayan soydaşlarımızın öz fəaliyyətlərində Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi tapşırıq və tövsiyələri əsas götürdüklərini və müasir platformalar üzərindən uğurlu layihələr həyata keçirdiklərini qeyd edib.

Çıxış edənlər komitənin iri və uğurlu layihələrindən olan Diaspor Gənclərinin Yay Düşərgələrinə diqqət çəkib, gənclərin düşərgəyə böyük maraq göstərdiklərini və bu il düşərgənin Laçında təşkil olunmasının əhəmiyyətini vurğulayıblar.

Görüşün davamında Komitə adından Azərbaycanın təbliği işində göstərdikləri xidmətə görə Moldova Azərbaycanlıları Konqresinin bir neçə üzvünə təşəkkürnamələr təqdim olunub.