Fevralın 24-də Moldovada keçirilən parlament seçkilərində Sosialistlər Partiyası liderlik edir.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, protokolların 98%-nin emalından sonra Sosialistlərin 31,35% səs topladığı müəyyənləşib.
“ACUM” bloku 26.17%, demokratlar 24,01%, “Şor” partiyası isə 8,44% səs toplayıb.
Qeyd edək ki, Moldovadakı parlament seçkilərində ümumilikdə 14 partiya və bir blok deputat mandatı uğrunda mübarizə aparıb. Ölkədə deputatlar 4 ildən bir seçilir.
Son xəbərlər
Son Xəbərlər