Əfqanıstanın şərqində, Kunar vilayətində Pakistan radikal qruplaşmasının rəhbəri Molla Fəzlullah öldürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Tolo News” məlumat yayıb. Xəbərə əsasən, “Təhrik-e Taliban Pakistan”ın başçısı ABŞ-ın hava zərbəsi nəticəsində məhv edilib.
Zərbə həftənin üçüncü günü vurulub, Fəzlullahdan başqa daha 4 səhra komandiri də ölüb.
Qeyd edək ki, Molla Fəzlullah bu qruplaşmaya 2013-cü ilin noyabrından rəhbərlik edirdi.
Son xəbərlər
Son Xəbərlər