Monakoda nazir koronavirusa yoluxdu

monakoda-nazir-koronavirusa-yoluxdu
Oxunma sayı: 1578

Avropanın ən kiçik müstəqil ölkəsi, təxminən 35 min əhalisi olan Monakonun Dövlət naziri Serj Telin koronavirusa yoluxduğu məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Monakonun Səhiyyə naziri açıqlama yayıb.

Açıqlamada Serj Telin evində karantində olduğu, görüşlərini videokonferanslar vasitəsilə davam etdirdiyi bildirilib.

Nazirin vəziyyətinin yaxşı olduğu qeyd olunub.