ABŞ-da yaşayan Pedro Ruiz adlı gənc təhlükəli sınaq həyata keçirərək “Youtube”da paylaşmaq istəyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı oğlan kitabın gülləni keçirməyəcəyini sübut etmək istəyib.
O, təcrübədə 19 yaşlı sevgilisi Monaliza Perezdən də dəstək istəyib. Lakin, təhlükəli sınaq Ruizin ölümü ilə nəticələnib.
Ruiz kitabı sinəsinə tutub və qızdan atəş açmasını istəyib. Kitabı deşib keçən güllə gənc oğlanı öldürüb.
Monalizanın 3 yaşında bir uşağı var və ikinci uşağına da hamilədir. Ona 10 il həbs cəzası veriləcəyi gözlənilir.



Son xəbərlər
Son Xəbərlər