Monika Belluççi karantindən sonra açılışda - Fotolar

monika-bellucci-karantinden-sonra-acilisda
Oxunma sayı: 4300

55 yaşlı aktrisa Monika Belluççi pandemiya səbəbindən tətbiq edilən karantindən sonra ictimaiyyət arasına çıxıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, aktrisa Parisdə sərgi açılışında kameralara tuş gəlib. Monika jurnalistlərə müsahibəsində karantini Fransada qızları ilə özünütəcrid rejimində keçirdiyini bildirib.

O qeyd edib ki, bu müddət ərzində övladları onlayn dərslərə qatılıb, özü isə kitab oxuyub. Belluççi İtaliyada teatr tamaşasına hazırlaşdığını deyib.