Monika Belluçi 10 ildən sonra yenidən Türkiyəyə gedir

Monika Belluçi 10 ildən sonra yenidən Türkiyəyə gedir
Oxunma sayı: 2253

Məşhur italiyalı aktrisa Monika Belluçi 10 ildən sonra yenidən Türkiyəyə səfər edəcək.

Bu barədə “Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir.

Məlumata görə, o, İstanbulda yerləşən “Zorlu” mərkəzinin “Turkcell” səhnəsində teatr tamaşası ilə çıxış edəcək. Belluçi yunan əsilli opera müğənnisi Mariya Kallasın obrazını canlandıracaq. Tamaşanın rejissoru “Mariya Kallas” adlı kitabın müəllifi Tom Volfdur.

Tədbir dekabrın 14-də baş tutacaq.