Belqradda 45-ci Beynəlxalq “FEST” kinofestivalının açılış mərasimi keçirilib.
“Qafqqzinfo”nun “Tass.ru”ya istinadən məlumatına görə, “Sava-center”də keçirilən festivalı 52 yaşlı italiyalı aktrisa Monika Belluçi açıb. O, qırmızı xalçada “Samanyolu” filminin çəkiliş qrupu ilə birlikdə görüntülənib.
“Belə qədim tarixə malik festivalın bizim filmlə açılmağı mənim üçün böyük şərəfdir. “FEST”ə uzun illər və böyük uğurlar arzu edirəm, -deyə aktrisa bildirib.
Qeyd edək ki, “FEST”də 95 kinolent iştirak edəcək, mükafat üçün isə 12 ölkədən olan 15 film mübarizə aparacaq.

Son xəbərlər
Son Xəbərlər