Artıq sevgilisini heç kəsdən gizlətməyən 54 yaşlı aktrisa Monika Belluççi onunla birlikdə yenidən kameralar önünə keçib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa 36 yaşlı sevgilisi Nikolas Lefevrlə “Cartier” brendinin qala gecəsinə gedib. Qırmızı xalıya əl-ələ çıxan cütlük fotoqraflara pozlar veriblər.
Demək olar ki, eyni stildə geyinən Monika ilə Nikolas ağ-qara rənglərə üstünlük veriblər.




Son xəbərlər
Son Xəbərlər