Monqolustanda prezident seçkiləri keçirilir.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu, ölkə Konstitusiyasına edilən düzəlişlərdən sonra ilk seçkilərdir. Belə ki, dövlət başçısı bu postu yenidən seçilmək hüququ olmadan altı il tutacaq.
Səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 03:00-red.) başlayıb. Seçkilərdə 2,15 milyondan çox ölkə vətəndaşı iştirak edə bilər. Seçki məntəqələri yerli vaxtla saat 22:00-dək (17:00) açıq olacaq.
Bu il ali dövlət postuna üç namizəd mübarizə aparır: hakim Monqol Xalq Partiyasının sədri, ölkənin sabiq Baş naziri Uhnaagiyn Hurelsuh, müxalif Demokrat Partiyasının sabiq sədri Sodnomzunduyn Erdene, həmçinin, namizədliyi Sağçı Seçicilər Koalisiyasından irəli sürülən Böyük Dövlət Xuralının (parlamentin) sabiq deputatı Danqaasurengiyn Enhbat.
Son xəbərlər
Son Xəbərlər