Neçə illər sarışın gözəl haqqında yayılan araşdırma xarakterli yazılara, təhqiqatlara aydınlıq gəldi. Bir çoxları güman edirdi ki, dünya kino səhnəsinin ən cazibədar qadınlarından biri olan Merilinin ürəyi narkotikdən istifadəyə görə dayanıb. Digərləri güman edirdi ki, o, prezident Kennedi ilə yataq həyatı yaşadığına görə məlumatları SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ABŞ-dakı xəfiyyəsinə ötürdüyünə görə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ölümünə fərman verilib.
Ölüm yatağında olan və bu günlərdə “Sentara General Hospital” a yerləşdirilən Norman Hoces Merilin Monronu şəxsən öldürdüyünü açıqladı. O, bunu ölüm ayağında olarkən bildirdi: “Mən ölürəm. Amma dünya həqiqətləri bilməlidir”. Hoces qəfildən ölsəydi, bu sirri heç kim bilməyəcəkdi.
Norman Hoces bildirdi ki, o, MKİ-nin killeri olub. 1959 və 1972-ci illərdə həmin təşkilatın sifarişlərini yerinə yetirib. Hələ 41 yaşı olarkən adıçəkilən idarədə işləməyə qərar verib. Onun peşəkar atıcılığını və sirr saxlamaq bacarığını görüb işə qəbul ediblər. Təbii ki, ştatdankənar işə qəbul olunub. Mərkəzi Kəşfiyyat İdarəsində killer kimi rəsmi vəzifədə çalışmaq mümkün deyil. Keçmiş killer onu da açıqladı ki, sifarişlər boğaza qədər olub. Ölkənin daxilində yüksək mənsəb sahiblərinin ölümünü sifariş verəndə bildiriblər ki, həmin şəxs ölkənin təhlükəzliyinə təhdid yaradır, təcili aradan götürülməlidir.
Hoces nəinki snayper və Şərq əlbəyaxa döyüş növləri üzrə ixtisaslaşıb, həm də sifariş edilən şəxslərin zəhərlənməsi üzrə də təlim keçib.
İndi o, bütün öldürdüyü şəxsləri yaxşı xatırlayır. Onları qətlə yetirmək üçün necə planlar qurduğu, necə izlədiyi bütün xırdalıqlarına qədər gözlərinin qarşısında canlanır. Bütün qətlləri isə Amerikanın daxilində törədib və ölkədən xaric sifarişlər almayıb. Gənc killerə bütün əmrləri birbaşa təmas qurduğu komandiri mayor Cimmi Heyvors verirmiş. Ölüm ayağında olan Hoces onu da etiraf edib ki, 5 killerdən ibarət dəstənin üzvü olub. Ona əsasən ölkə təhlükəsizliyinə təhdid yaradan müxalifətçilər, jurnalistlər və Həmkarlar Təşkilatının üzvləri həvalə edilib. Bəzi hallarda isə elm adamları, incəsənət xadimlərini də öldürmək ona tapşırılıb.
Merilin Monro isə onun həyatında qətlə yetirdiyi yeganə və sonuncu qadın olub. Həmin qətli indiyə qədər də xatırlayır. Deyir ki, aktrisanın ölümünü unikal şəkildə həyata keçirdim. Amma elə indi - ölüm ayağında da Monronun ölümündən təəssüflənmir. Çünki, onu inandırıblar ki, Monro nəinki Kennedi qardaşları, eləcə də Kuba inqilabının lideri Fidel Kastro ilə yataq həyatı yaşayıb: “Mənim komandirim Cimmi Heyvors dedi ki, Merilin Amerikanın sirrini düşmənlərimizə ötürə bilər. Ona görə də təcili olaraq öldürülməlidir. Daha sonra yanına çağırıb bildirdi ki, “sən Monronu elə öldürməlisən ki, bu heç kimdə şübhə oyatmasın. Çünki onu sevənlər çoxdur, atəş açmaqla öldürmək şübhə doğurar. Ya qidasına zəhər qatmalısan, ya da guya narkotikanın həddini çox edib”. Mən əvvəlllər heç vaxt qadın öldürməmişdim. Mən bunu Amerikaya görə etdim”.
Mərkəzi Kəşfiyyat İdarəsinin təqaüddə olan əməkdaşı bildirir ki, əgər Merilini öldürməsəydi, o, bütün strateji məlumatları kommunistlərə ötürə bilərdi. O, 1962-ci ilin avqustun 5-də, gecə saat 1-də Monronun otağına daxil olub. Dünya şöhrətli qadın yataq otağında yuxuya gedibmiş. Hoces əlləri ilə onun ağzını tutub, sonra ona güclü dozalı nembutalla qarışıq xloralhidrat iynəsi vurub – hər iki məhlul narkoz üçün nəzərdə tutulub. Merilin gözlərini açıb, ağzını bağlayan güclü əlləri kənarlaşdırmaq istəsə də alınmayıb, sonra əbədi olaraq yuxuya gedib.
Bu etirafdan sonra Federal Təhqiqatlar Bürosunun hospitaldakı əməkdaşları daha ona danışmağa imkan verməyiblər.
Qeyd edək ki, Hocesin komandiri Cimmi Heyvors 2011-ci ildə infarkt keçirərək dünyasını dəyişib. 5 killerdən ibarət dəstənin 3-ü artıq bu həyatda yoxdur. O da ölsə - 4-cü olacaq.
Nəhayət ki, Merilin Monro ölümünün hansı səbəbdən baş verməsinə aydınlıq gəldi. Həkimlər isə Hocesin həyatını bitirməsinə bir neçə günün qaldığını bildirirlər.
Bəli, dünya kişilərinin ağlını başından çıxaran sarışın gözəl 1962-ci ilin avqustun 5-də sonuncu dəfə gözünü açıb və Hocesi görüb. İndi ölüm ayağında olan qoca onun yanına gedir.