Monteneqro parlamentinin sədri Azərbaycandadır - Foto

monteneqro-parlamentinin-sedri-azerbaycandadir
Oxunma sayı: 1601

Monteneqro parlamentinin sədri İvan Brayoviç martın 12-də Azərbaycana rəsmi səfərə gəlib.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro parlamentinin sədrini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.