Monteneqro səfiri nazirlə görüşdü

monteneqro-sefiri-nazirle-gorusdu
Oxunma sayı: 697


“Qafqazinfo”nun məlumatına görə, nazir Şahin Mustafayev səfir təyin olunması münasibətilə diplomatı təbrik edib.

Azərbaycan və Monteneqro arasında siyasi, iqtisadi, humanitar, enerji, turizm və s. sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilmiş, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin önəmi vurğulanıb. 

Branko Miliç səmimi qəbul üçün minnətdarlığını bildirib. 

Görüşdə Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə, eləcə də Birgə Komissiyanın növbəti iclasının keçirilməsinə dair müzakirələr aparılıb.