Monteneqro turistlərə qapılarını açır

monteneqro-turistlere-qapilarini-acir
Oxunma sayı: 2563

Monteneqro gələn həftədən etibarən xarici turistlərə sərhədləri açmağı planlaşdırır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə ölkənin baş naziri Zdravko Krivokapiç Yunanıstana səfərinin sonunda açıqlama verib.

"Bu gün Yunanıstanda əhəmiyyətli bir gündür - bu gündən etibarən ölkə bütün turistlər üçün açılıb. Protokollarımız oxşardır, yanaşmalar təqribən bənzəyir və Monteneqro gələn həftə ən vacib sözlərlə turistlər üçün bütün sərhədləri açacaq: "Çernoqoriya sahillərinə xoş gəldiniz!"",-deyə Krivokapiç hökumətin mətbuat xidməti tərəfindən yayımlanan videomüraciətdə bildirib.

Qeyd edək ki, Monteneqro Avropada epidemioloji vəziyyətin ən pis olduğu ölkələrdən biri olaraq qalmaqdadır. Ümumilikdə 600.000 əhalisi olan ölkədə koronavirusdan 1 556 nəfər həlak olub. Mart ayının əvvəlində Monteneqro hökuməti koronavirusun yayılması fonunda səhiyyə sistemindəki ağır vəziyyətlə əlaqədar olaraq NATO və Avropa Birliyinə yardım üçün müraciət edib.