Monteneqro yığmasının üzvü 26 yaşında vəfat etdi

monteneqro-yigmasinin-uzvu-26-yasinda-vefat-etdi
Oxunma sayı: 3061

Monteneqro millisinin və İngiltərənin "Milloul" klubunun qapıçısı Matiya Sarkiç vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, o, bu gün səhər Budva şəhərindəki evində ölü tapılıb. 

26 yaşlı futbolçunun ölümünün səbəbi məlum deyil. 

Qeyd edək ki, Matiya Şarkiç milli komandada 9 oyun keçirib. O, İngiltərə Çempionşipində komandası ilə 32 oyuna çıxıb.