Monteneqroda məhkəmə binasına hücum - Ölən və yaralananlar var

monteneqroda-mehkeme-binasina-hucum
Oxunma sayı: 1562

Monteneqronun paytaxtı Podqoritsada məhkəmə binasında patlayış olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Monteneqro polisinin açıqlamasına görə, əl qumbarası ilə hücumu Podqoritsadakı yerli məhkəmə binasına daxil olan şəxs həyata keçirib.

Açıqlamada hücum zamanı binada çoxlu adam olduğu, təcavüzkarın həyatını itirdiyi bildirilib.

Polis və tibb qruplarının hadisə yerində lazımi tədbirləri gördüyü qeyd edilib.