“Montin”də dava- - Yaralı var+Fotolar

montinde-dava-
Oxunma sayı: 6038


Nəriman Nərimanov metrostansiyasının yaxınlığında əlbəyaxa dava düşüb.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının məlumatına görə, Ağa Neymətulla küçəsindəki insidentin səbəbi maşın sürücülərinin bir-birinə yol verməməsi olub. Belə ki, “Lexus” markalı maşın “Hundai”ın qarşısını kəsib və bu sürücünün narazılığı ilə nəticələnib. 

Davada sürücülərdən birinin qaşı çapılıb və müxtəlif  bədən xəsarətləri alıb. Amma tərəflər bununla da sakitləşməyərək, maşınlarına minərək “əlbəyaxa”nı davam etdirmək üçün ərazidən uzaqlaşıblar. 

Elvin