“Montrö Konvensiyası ilə bağlı qərarımız dəyişməz olaraq qalır”

montro-konvensiyasi-ile-bagli-qerarimiz-deyismez-olaraq-qalir
Oxunma sayı: 1772

“Türkiyə boğazların statusuna dair Montrö Konvensiyasına sadiqliyini bir daha təsdiqləyir və onun müddəalarına əməl edəcək”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib. 

“Xatırlatmaq istəyirəm ki, Montrö Konvensiyası ilə bağlı qərarımız dəyişməz olaraq qalır. Biz onun müddəalarına riayət etməyə davam edəcəyik. Qeyd etmək istəyirəm ki, Rusiyanın iki gəmisinin boğazlardan keçməməsinə dair qərarını məmnuniyyətlə qarşıladıq”, - deyə Çavuşoğlu söyləyib.