“Moody's” beynəlxalq kredit reytinqi Rusiya ilə əməkdaşlıqdan imtina edib.
“Qafqazinfo” xəbər verir ki, agentlik bundan sonra Rusiyaya milli cədvəl üzrə xidmət göstərməkdəm imtina edib. Bu barədə “Moody's”in saytında məlumat yerləşdirilib.
“Qərar qanunvericilikdə dəyişikliklər və Rusiyanın milli cədvəldə reytinqinə uyğun olaraq digər potensial məhdudiyyətlərə əsasən qəbul olunub”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, milli cədvəl üzrə bütün keçmiş reytinqlər sıfırlanacaq.
Son xəbərlər
Son Xəbərlər