Moped sürənlərlə bağlı qanun qəbul edildi

moped-surenlerle-bagli-qanun-qebul-edildi
Oxunma sayı: 3710

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisdə bu gün müzakirə olunaraq birinci oxunuşda qəbul olunan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Həmçinin oxuyun: AccessBank реализовал выпуск специальных облигаций

Dəyişikliyə əsasən, konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir.

Bu yanaşma həm moped sürücülərinin, həm də onların çalışdıqları şirkətlərin məsuliyyətini artıracaq. Yol hərəkəti qaydalarını pozan mopedçilər asanlıqla müəyyən ediləcək və digər nəqliyyat vasitələrinin sürücüləri kimi yol hərəkəti qaydalarına tabe olacaqlar.

Hazırda moped sürücülərinin sayının minlərlə olduğu nəzərə alınaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.

Eldar Tanrıverdi