Somalinin paytaxtı Moqadişuda bomba ilə yüklənmiş avtomobil nəzarət keçid məntəqəsi yaxınlığında partladılıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində biri hərbiçi olmaqla 4 nəfər ölüb, daha 10 nəfər isə yaralanıb.
Hücumun məsuliyyətini “Əş-Şəbab” terror təşkilatı öz üzərinə götürüb.
Xatırladaq ki, Moqadişuda 5 gün öncə törədilən teraktda 21 nəfər ölmüş, 20 nəfər də yaralanmışdı.
Son xəbərlər
Son Xəbərlər