“Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan Vyana görüşünün nəticələri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliləyişin əldə olunmasına ümid verir”.
“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı son görüşü pozitiv olub:
“Bu görüş, eləcə də yanvarda əldə olunan Paris razılaşması və atəşkəsin pozulma hallarının əhəmiyyətli dərəcədə azalması bizə ümid verir ki, proses irəliyə doğru gedə bilər və hər iki tərəf öhdəliklərinə sadiq qalaraq danışıqları ilkin şərtsiz davam etdirəcək”.
Son xəbərlər
Son Xəbərlər