Morales əməliyyat olundu - Şiş tapılıb

morales-emeliyyat-olundu
Oxunma sayı: 1602

Boliviya prezidenti Evo Morales əməliyyat olunub.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, həkimlər ölkə başçısında şiş aşkarlayıblar. Bu barədə latın amerikalı lider özünün Tvitter səhifəsində yazıb:

"Həkimlər çox da böyük olmayan şiş aşkarladılar. Hər hansı risk olmadan şiş götürüldü. Sabah xəstəxanadan evə buraxılacam. 100% yaxşıyam!".