İspaniya millisinin futbolçusu Alvaro Morata İtaliya A Seriyası klubu “Milan”a transfer olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, hücumçu ilə 4 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Morata son olaraq İspaniya təmsilçisi “Atletiko Madrid”də çıxış edib. Forvard həmçinin Almaniyada keçirilən Avropa çempionatında 1 qolla yadda qalıb.
O, karyerası ərzində “Xetafe”, “Real Madrid”, “Çelsi”, “Yuventus” klublarında forma geyinib.