Morata rəsmən “Yuventus”da

morata-resmen-yuventusda
Oxunma sayı: 1273

Hücumçu Alvaro Morata icarə hüququnda İspaniyanın “Atletiko”sundan İtaliyanın “Yuventus”una keçib. “Qafqazinfo” bildirir ki, bu barədə “Yuventus”un Mətbuat Xidməti məlumat yayıb.

Bir mövsüm üçün nəzərdə tutulmuş müqavilə daha bir il də uzadıla bilər. Bundan əlavə, italyan klubu oyunçunu alma hüququna malikdir.

Qeyd edək ki, Morata 2014-2016-cı illərdə də “Yuventus”da çıxış edib.