Rusiyanın paytaxtı Moskvada iyulun 3-də 107 il əvvəl müəyyən edilmiş temperatur rekordu qırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand “İnterfaks”a bildirib.
“Moskvada havanın temperaturu 32,5 dərəcəyə çatıb ki, bu da 1917-ci ildə qeydə alınan rekorddan 0,3 dərəcə yüksəkdir. Yəni, 107 il əvvəl”, - Vilfand bildirib.
Qeyd edək ki, iki gün əvvəl Moskvada 1890-cı il iyulun 2-də müəyyən edilmiş hava rekordu da yenilənib. Belə ki, havanın temperaturu 32 dərəcəni keçib.