Moskva aeroportlarında 25 reys gecikir

moskva-aeroportlarinda-25-reys-gecikir
Oxunma sayı: 1207

Rusiya paytaxtında əlverişsiz hava şəraitinə görə 6 reys ləğv edilib.

“Qafqazinfo”nun rus mətbuatına istinadən məlumatına görə, Moskvanın “Vnukovo” Hava limanında 4 reys saxlanılıb, 1-i ləğv edilib.

“Domodedovo”da 5 reys ləğv edilib, 10 reys saxlanılıb.

“Şeremetyevo”da isə 11 reys saxlanılıb.

Qeyd olunur ki, yalnız “Jukovski” aeroportu qrafikə uyğun fəaliyyət göstərir.