Moskva aeroportlarında 50 reys ləğv edilib və ya gecikir - Səbəb açıqlanmır

moskva-aeroportlarinda-50-reys-legv-edilib-ve-ya-gecikir
Oxunma sayı: 640

Rusiyanın Şeremetyev və Domodedov aeroportlarında təxminən 50 aviareys ləğv edilib və ya gecikir.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Şeremetyev aeroportunda 18 reys ləğv edilib, 30 reys isə gecikir. 

Domodedovda isə 18 reys ləğv edilib, 23 reys isə gecikir. Uçuşların ləğvi və gecikməsi səbəbləri isə açıqlanmır.