“Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına aktiv kömək edəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvan nümayəndələri ilə daimi əlaqə saxlayır və yerlərdə əməliyyat vəziyyətinə dair aktual məlumatlar hər gün Rusiya Müdafiə Nazirliyinin bülletenlərində dərc olunur:
"Biz üç ölkənin liderləri arasında mövcud razılaşmalara, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasına, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair razılaşmalar əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün səylərimizi davam etdiririk”.
Son xəbərlər
Son Xəbərlər