Moskva-Bakı təyyarəsi təcili eniş edib

moskva-baki-teyyaresi-tecili-enis-edib
Oxunma sayı: 7894

“Aeroflot” şirkətinin Moskva-Bakı reysi üzrə hərəkət edən təyyaərsi Mineralnıy Vodı aeroportuna təcili eniş edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Appendisit şübhəsi olan sərnişin Minvodda qalıb.

Təyyarə daha sonra uçuşunu davam etdirib.