Moskva birjası ABŞ dolları və avro ilə ticarəti dayandırdı

moskva-birjasi-abs-dollari-ve-avro-ile-ticareti-dayandirdi
Oxunma sayı: 1659

Moskva birjası (MOEX) bu gündən ABŞ dolları və avro ilə ticarəti dayandırdığını açıqlayıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb Moskva birjasının ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilməsi olub. 

“İyunun 13-dən başlayaraq valyuta və qiymətli metallar bazarında ABŞ dolları və avro valyuta cütləri istisna olmaqla, ticarət bütün alətlər üzrə aparılır”, - deyə birjanın yaydığı məlumatda qeyd olunub.

Bununla belə, Rusiya Mərkəzi Bankı ölkə banklarında valyuta satışının əvvəlki qaydada həyata keçiriləcəyini bildirib.  

Analoji məhdudiyyətlər fond və maliyyə bazarlarına da şamil ediləcək.