Fevralın 28-dən bəri ilk dəfə olaraq Moskva birjası IMOEX indeksinə daxil olan 33 səhm üzrə ticarət aparacaq.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Əməliyyatların Moskva vaxtı ilə saat 14:00-a qədər aparılacağı bildirilib.
"Digər alətlər üçün Moskva birjasında ticarət 2022-ci il martın 23-də müəyyən edilmiş rejimə oxşar rejimdə aparılacaq", - RMB qeyd edib.
Son xəbərlər
Son Xəbərlər