Moskva birjasında rublun məzənnəsi artdı

moskva-birjasinda-rublun-mezennesi-artdi
Oxunma sayı: 3975

Rusiyada avronun məzənnəsi 2015-ci ildən bəri ilk dəfə 58 rubldan aşağı düşüb.

Qafqazinfo” xəbər verir ki, Moskva birjasında bu gün bir avro 0,42 rubl ucuzlaşaraq 58,13 rubla bərabər olub.

Hazırda Rusiyada bir dolların məzənnəsi 56,09 rubldur.

Qeyd edək ki, Azərbaycanda da rublun məzənnəsində artım qeydə alınıb. Mərkəzi Bank 2018-ci ildən bəri ilk dəfə Rusiya rublunun məzənəsini 0,03 manatdan yüksək müəyyən edib. Bu günə olan məzənnəyə əsasən, 1 rubl 0,0307 manata bərabərdir.